Bioqrafiya
Cəlil Qafar oğlu Hüseynov
Əməkdar İncəsənət xadimi
Xalq rəssamı, professor
01.04.1957- ci ldə anadan olub.
1977- ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib.
1977-1982- ci illərdə Xarkov Dövlət Rəssamlıq İnstitunun monumental rəngkarlıq ixtisasını bitirib.
1982-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. 2000-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor və-zifəsində işləmişdir.
2000-2002-ci illərdə nəşr edilmiş “Akademik rəngkarlıq” və “Təsvir və müstəvi” dərslik-lərinin müəllifidir.
2002-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət xadimi adına layiq görülmüşdür.
2005-ci ildə Xalq Rəssamı adına layiq görülmüşdür.
1982-ci ildən mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq sərgilərdə iştirak etmişdir. ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukrayna və s. ölkələrdə təşkil edilmiş sərgilərdə iştirak etdirilmişdir. Bir sıra əsərləri Azərbaycan Milli İncəsənət, Bakı Müasir İncəsənət muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.
Rəssamlar İttifaqı tərəfindən təşkil edilən “Payız” və “Bahar” Respublika sərgilərində mütəmadi olaraq iştirak etmişdir.
Monumental əsərlər:
1. “Bizim dünyamız” monumental divar rəsmi – Belqorod şəhəri, Pedaqoji institutun foyesi, 1979
2. “Təbiət” monumental divar rəsmi – Xarkov şəhəri, 20 saylı poliklinika, 1980
3. “Aviasiyamızın tarixi” monumental divar rəsmi – Xarkov şəhəri, Aviasiya institutun foyesi, 1981
4. “Elmin inkişafı” eskiz – Ümumittifaq sərgi, Tbilisi, 1983
5. “Uşaqlıq dünyası” monumental divar rəsmi – Neftçala şəhəri, Uşaq bağçasının foyesi, 1983
6. “Təbiət və musiqi” monumental divar rəsmi – Naxçıvan şəhəri, Musiqi məktəbinin foyesi, 1985
Rəngkarlıq işləri:
1. “Qəmginlik” 100x80, k.y.b – SSRİ-nin 70 illiyinə həsr olunmuş sərgi, Bakı, 1987
2. “Metrotikənlər” 100x120, k.y.b – “Ölkənin gəncliyi” respublika və Ümumittifaq sərgi, Moskva, 1987
3. “Natürmort” 80x80, k.y.b – “Ölkənin gəncliyi” respublika və Ümumittifaq sərgi, Moskva, 1988
4. “Ay işığında” 70x80, k.y.b – “Vətənin keşiyində” respublika sərgisi, 1989
5. “Çılpaq qadın” 70x110, k.y.b - İstanbul, Türkiyə, 2000
6. “Ağaclar” 50x70, k.y.b, 2002
7. “Dəniz” 70x120, k.y.b, İran, 2005
8. “Emalatxana” 100x110, k.y.b, 2008
9. “Abşeron mənzərələri” ( silsilə ), k.y.b - Respublika sərgisi, 2015
10. “Bağ evi” 70x90, k.y.b - Fransa, 2009
11. “Abşeron kəndi”, k.y.b - 60x90, 2016
12. “Yanar dağ” 60x120, k.y.b - 2018
13. “Malbert arxasında” 90x110, k.y.b - Moskva, 2004
14. “Uzanmış qadın” 80x120, k.y.b. – Müasir İncəsənət muzeyi, 2012
15. “Naxçıvan mənzərəsi” 40x80, k.y.b. - Azərbaycan Milli İncəsənət, 2014
16. “Natürmort” 70x100, k.y.b. – Mədəniyyət Nazirliyi, 2009
17. “Metrotikənlər” 100x120, k.y.b. - Mədəniyyət Nazirliyi, 2001
18. “Mənzərə” 30x70, k.y.b. - Müasir İncəsənət muzeyi, 2013
Rəssam Cəlil Qafar oğlu Hüseynovun kitablara verdiyi bədii tərtibatlar və illüstrasiya-ların siyahısı:
1. Nizami Gəncəvi “Lirika”
2. B.Vahabzadə “Şerlər”
3. N.Xəzri “Torpaq sənə and içirəm”
4. Markes “Gözlənilən bir qətl”
5. S.Səxavət “Dar köynək”
6. H.Abbas “Günahım olsa”
7. T.Bayram “Şerlər”
8. S.Qasımlı “Mənim nigaran anam”
9. R.Duyğun “Haray dünya”
10. A.Mirzə “Mən baxdığım pəncərə”
11. M.Abdullayeva “Tərk edilmiş yuvalar”
12. C.Əhmədov “Aran”
13. İ.İsmayılzadə “Bir ömürlük gecə”
14. A.Həsənli “O ağacın kölgəsi”
15. C.Kalayev “Aynur”
2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs mükafatı”ilə təltif olunmuşdur.
C.Hüseynov 1986-cı ildən mütəmadi olaraq memarlıq layihələrinin müəllifi kimi fəaliyyət göstərir. Türkiyənin və Azərbaycanın bir sıra şəhər və rayonlarında onun layihələri ilə tikilmiş memarlıq nümunələri var. Türkiyənin Qars və İzmir şəhərlərində Heydər Əliyev adına məslək liseylərinin binası. Bakıda Ali Neft məktəbinin, British college (2015), Xəzər və Nizami rayonlarında YAP inzibati binası, Şıxov çimərliyində Hotel binası, Keşlə qəsəbəsində bağça binası, Astara rayonunda “Astara çay” fabriki, Balakən rayonunda Heydər Əliyev muzeyi, Gənclər mərkəzi, YAP inzibati binası, H.Əliyev muzeyi, Uşaq İncəsənət məktəbi, Qusar rayonunda H.Əliyev muzeyi, Kafe, Gənclər evi, Siyəzən rayonunda YAP inzibati binası, Gənclər evi, H.Əliyev muzeyi, Şamaxı rayonunda Etnoqrafiya muzeyi, Şamaxı Diaqnostika mərkəzi, Naftalan İH inzibati binası və s.
Hal hazırda Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasında professor vəzifəsində işləyir.